İtaliyalı konseptual rəssam Maurisio Kattelanın əsəri - divara lentlə yapışdırılmış banan çərşənbə günü 6,2 milyon dollara satılıb.
1xeber.media xəbərinə görə, bu barədə “Sotheby's" hərrac evinin “X” sosial şəbəkəsində səhifəsində məlumat verilib.
"Dünyanın ən sensasiyalı bananı indicə 6,2 milyon dollara satılıb", - paylaşımda deyilir. “Komediyaçı” instalyasiyasının təxmini dəyəri 1-1,5 milyon dollar arasında müəyyən edilib. Nəticədə lot Çindən olan kolleksiyaçı, TRON blokçeyn platformasının yaradıcısı Castin San tərəfindən alınıb.
"Mən indicə banan aldığımı elan etməkdən həyəcanlıyam", - Castin San “X”də yazıb. "Bu, adi sənət əsəri deyil. Bu, incəsənət, memlər və kriptovalyuta cəmiyyətini əhatə edən mədəni fenomendir. Mən yaxın günlərdə bananı yeyəcəyəm və bu, unikal bədii təcrübənin bir hissəsi olacaq", - o əlavə edib. (Report)