Вернуться назад Распечатать

Habil Alıyevə vəzifə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialına yeni təyinat olub. 

1xeber.media xəbər verir ki, bu vəzifəyə Habil Alıyev təyin edilib. O, bundan əvvəl Agentliyin Şirvan-Salyan Regional Məşğulluq Filialının müdiri vəzifəsində çalışıb .

Məlumata görə, Habil Alıyev Dövlət Məşğulluq Agentliyində müəyyən idarəçilik təcrübəsinə malikdir. Şirvan-Salyan Regional Filialına rəhbərlik etdiyi dövrdə o, Neftçala və Hacıqabul rayonlarında əmək yarmarkalarının təşkilinə rəhbərlik edib.

Bundan əlavə, Habil Alıyev Biləsuvar rayonunda peşə hazırlığı kurslarının təşkilində də iştirak edib.