Вернуться назад Распечатать

Azərbaycandan ilk zəvvar qrupu Həcc ziyarətinə yola düşdü

Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarların ilk qrupları yola düşüb.

1xeber.media Teleqraf-a istinadən xəbər verir ki, 4 qrupdan ibarət ilk zəvvar qrupları saat 08:00-dan Heydər Əliyev Beynəlxalq Hava Limanında toplaşıblar.

Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək. Azərbaycandan zəvvar qrupları mayın 25-dən 31-dək hər gün Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşəcəklər.