Вернуться назад Распечатать

Gələn il istehlak səbətinin tərkibinə yenidən baxılacaq

2025-ci ildə Azərbaycanda istehlak səbətinin tərkibinə yenidən baxılacaq.

1xeber.media report-a istinadla xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov deyib.


O qeyd edib ki, uşaqlar üçün yaşayış minimumunun 2028-ci ildə 275 manat olacağı proqnozlaşdırılır:

“İqtisadiyyat Nazirliyi yanında fəaliyyə göstərən İşçi qrup bu məsələləri diqqətdə saxlayır”.