 Polşa digər NATO ölkələrinin iştirakı ilə son illərin ən böyük hərbi təlimlərini keçirəcək.
 Polşa digər NATO ölkələrinin iştirakı ilə son illərin ən böyük hərbi təlimlərini keçirəcək.
1xeber.media xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış mayın 26-da keçirdiyi mətbuat konfransında məlumat verib.
Polşanın "Bankier.pl" nəşri onun sözlərindən sitat gətirir: "Mən uzun illərdən sonra ilk böyük diviziya təlimlərinin keçirilməsi əmrini vermişəm. 18-ci Mexanikləşdirilmiş Diviziya belə təlimlər keçirəcək və öz imkan və bacarıqlarını, o cümlədən müttəfiqlərimizlə birlikdə nümayiş etdirməyə tam hazır olacaq".
Kosiniak-Kamış qeyd edib ki, bu, Polşa və onun müttəfiqlərinin Rusiya və Belarusun builki ən böyük hərbi təlimləri olan “Zapad-2025”ə cavabı olacaq.