Rusiya Stokholmdakı Rusiya səfirliyinə pilotsuz təyyarə hücumundan sonra İsveçin Vyana Konvensiyasından irəli gələn öhdəliklərini yerinə yetirməkdə israr edir.
1xeber.media xəbər verir ki, bu barədə mayın 26-da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
“Biz İsveç hakimiyyəti tərəfindən Rusiyanın xaricdəki nümayəndəliyinin fiziki təhlükəsizliyinin və toxunulmazlığının təmin edilməsi baxımından Diplomatik Münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq qəbul edən ölkənin öhdəliklərinin ciddi şəkildə yerinə yetirilməsində israr edirik”, - diplomat bildirib.
Zaxarovanın sözlərinə görə, son dron hücumu 2024-cü ilin mayından bəri artıq on beşinci hücumdur.