Вернуться назад Распечатать

Zelenski Rusiyanın hücuma hazırlığından danışıb

Rusiya davamlı olaraq hücumlar həyata keçirir və yeni hücumlara hazırlaşır.

1xeber.media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Telegram kanalında məlumat verib.

O qeyd edib ki, Rusiya qoşunlarının Ukrayna ərazisinə endirdiyi zərbələr “hər gecə daha cəsarətli və geniş miqyaslı olur”. Zelenski əlavə edib ki, guya Rusiya gələcək hərbi əməliyyatlar gözləyir. Onun sözlərinə görə, Ukraynanın tərəfdaş ölkələrinin kəşfiyyat xidmətləri də eyni məlumatlara malikdir. O, kəşfiyyat orqanlarının bunu “yuxarıya” bildirməsini vacib adlandırıb.

Bundan əvvəl Zelenskinin Berlinə gələcəyi məlum olub. “Der Spiegel” yazır ki, əsas müzakirə mövzusu Ukrayna və Rusiya arasında danışıqlar, eləcə də anti-Rusiya sanksiyaları olacaq.

Bundan əvvəl Zelenski Ukraynanın Şimali Atlantika Alyansına qoşulması kursundan əl çəkməyəcəyinə eyham vurmuşdu.