Вернуться назад Распечатать

Kelloq Putinin Tramp və Zelenski ilə görüşünün mümkün yerinin adını açıqlayıb

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Tramp və Vladimir Zelenski ilə Cenevrədə sammit keçirə bilər.

1xeber.media xəbər verir ki, bu barədə ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Fox News telekanalının efirində bildirib.

"Bütün bunları birləşdirdikdən sonra başqa bir görüş olacaq, düşünürük ki, bu, Cenevrədə ola bilər. Beləliklə, Cenevrə hər üç böyük liderin - Putin, Prezident Zelenski və Prezident Trampın görüşü yekunlaşdırmaq üçün görüşdüyü növbəti dayanacaq ola bilər", - Ağ Ev rəsmisi bildirib.

Kelloq əlavə edib ki, Birləşmiş Ştatlar da danışıqlar üçün mümkün alternativ məkan kimi Vatikana üstünlük verir.

Bundan əvvəl Kelloqq bildirib ki, Vaşinqton və onun müttəfiqləri Ukraynada sülhə nail olmaq üçün Moskvaya “təzyiq göstərməyə davam etməlidirlər”. O, həmçinin vurğulayıb ki, Tramp Rusiya ilə kompromis tapmağa qadir olan yeganə şəxsdir.