Вернуться назад Распечатать

Mayın sonunda bu şəxslərin sürücülük vəsiqəsi LƏĞV OLUNACAQ

Yaxın günlərdə Rusiyanın müxtəlif bölgələrində sərxoş halda avtomobil idarə edən sürücülərin aşkarlanması məqsədilə Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyi genişmiqyaslı reydlərə start verəcək.

1xeber.media  xəbər verir ki, yoxlamalar zamanı demək olar ki, bütün sürücülər saxlanılacaq və avtomobillər hərtərəfli yoxlanacaq. 

Spirtli içki və ya n **kotik vasitə aşkarlanan sürücülər sürücülük vəsiqəsindən məhrum ediləcək və cərimələnəcək. Tibbi müayinədən imtina edənlərə isə 30 min rubl cərimə tətbiq olunacaq. 

Reydlər may ayının sonunda yol qəzalarının artdığı dövrə təsadüf edir.