Son dövrlərdə Azərbaycanda şəkərli diabet xəstələrinə dövlət tərəfindən pulsuz verilən dərman preparatlarına çıxışda ciddi problemlər yaşanır. Xüsusilə rayonlarda yaşayan xəstələrdən dərmanların vaxtında verilməməsi, çatışmazlıq və keyfiyyət məsələləri ilə bağlı narazılıqlar artır.
Rayonlarda dərman çatışmazlığı və keyfiyyət problemləri
Tovuz rayon sakinləri bildirirlər ki, poliklinikalarda dərman almaq üçün müraciət etdikdə sistemin tez-tez işləməməsi, dərmanların paytaxtdan vaxtında göndərilməməsi kimi problemlərlə üzləşirlər. Bənzər şikayətlər digər bölgələrdən də daxil olur. Xəstələr bəzən bir ay və daha çox müddətdə dərman ala bilmirlər.
Həmçinin, şəkərli diabet xəstələri dərmanların miqdarının azaldığını bildirirlər. Belə ki, əvvəllər 2 qutu insulin alan xəstələrə yalnız 1 qutu verildiyi iddia edilir. Keyfiyyət məsələsi də dilə gətirilən narahatlıqlar içindədir. Bəzi xəstələr xaricdən gətirilən insulinlərin daha effektiv olduğunu bildirirlər. Şəkərin səviyyəsini ölçmək üçün zəruri test vasitələrinin sayının azaldığı da vurğulanır.
Xəstələrdən bəziləri isə dövlət tərəfindən verilən dərmanların apteklərdə satılmasına etiraz edirlər. Onların sözlərinə görə, poliklinikalarda “tapılmayan” dərmanlar bəzən apteklərdə satılır və nəticədə bu vasitələrə əlçatanlıq çətinləşir. Bu problemlər bir günün, bir ayın deyil, uzun illərdir davam edən ciddi narahatlıq mənbəyidir.
“Avromed Company” və dövlət tenderləri
Maraqlıdır ki, elə ölkədə şəkərli diabet xəstələri üçün dərmanların satın alınmasında “Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti də uzun illərdir əsas oyunçulardandır. Şirkət 2025-ci il ərzində dövlət qurumlarının keçirdiyi tenderlərdə qalib gələrək ümumilikdə 116 milyon manatdan çox müqavilələr imzalayıb.
Məsələn, 2025-ci ilin aprelində Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən keçirilən tenderdə “Avromed” 51,2 milyon manatlıq müqavilə qazanıb. Bu tender çərçivəsində inyeksion şəkərsalıcı və oral hipoqlikemik dərman vasitələrinin alınması nəzərdə tutulub.
Ötən illərdə də şirkət bu istiqamətdə keçkirilən dövlət tenderlərində qalib olaraq böyük məbləğlərdə müqavilələr bağlayıb:
xalq.az