Rusiya prezidenti Vladimir Putinin odla oynadığı iddia edilir.
1xeber.media xəbər verir ki, bu xəbərdarlığı Ağ Evin rəhbəri Donald Tramp özünün “Truth Social” sosial şəbəkə hesabında verib.
“Vladimir Putinin başa düşmədiyi odur ki, mən olmasaydım, Rusiyanın başına çoxlu dəhşətli hadisələr baş verərdi (...). O, odla oynayır!” – Amerika lideri xəbərdarlıq edib.
Bir müddət əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Trampın Putinin hərəkətlərindən və Rusiya Aerokosmik Qüvvələrinin Ukraynadakı hədəflərə zərbələr endirməsindən narazılığı ilə bağlı sözlərini “emosional həddən artıq yüklənmə” ilə əlaqələndirib.
Mayın 26-da The New York Times (NYT) yazıb ki, Tramp Rusiya prezidentini tənqid etməsinə baxmayaraq, yeni anti-Rusiya sanksiyaları tətbiq etmək niyyətində deyil. Adı açıqlanmayan avropalı rəsminin sözlərinə görə, ABŞ lideri Ukrayna məsələsindən “əsaslı şəkildə geri çəkilib” və Moskvaya əlavə məhdudiyyətlər qoymaq niyyətində deyil.