Вернуться назад Распечатать

Qiyabi həbs edilən bloger Həsənov Rusiyaya qayıtmaq istəyir

Vergidən yayınma yolu ilə əldə etdiyi pulları yumaqda ittiham olunaraq qiyabi həbs edilən milyonçu bloger Hüseyn Həsənov Rusiyaya qayıtmaq barədə düşünə bilər.

1xeber.media xəbər verir ki, bu barədə mayın 27-də blogerin vəkili Dmitri Kozyaykin “İzvestiya”ya məlumat verib.
"Onun nədə ittiham olunduğunu nəhayət başa düşən kimi, buna uyğun olaraq yekun müdafiə xəttini quracağıq. Düşünürəm ki, o, ölkəyə qayıtmağı mütləq düşünəcək. O, burada anadan olub, Rusiya Federasiyasının vətəndaşıdır, başqa ölkələrdə vətəndaşlığı və ya yaşamaq icazəsi yoxdur", - o vurğulayıb.

Həmin gün səhər saatlarında Moskva Şəhər Məhkəməsi bloqqerin qiyabi həbsinin qanuni olduğuna qərar verib. Müstəntiqlərin fikrincə, 2019-2021-ci illərdə Həsənov 170 milyon rubldan çox vergi ödəməkdən yayınıb. Pullara legitimlik göstərmək üçün o, maliyyə əməliyyatları vasitəsilə 20 milyon rubldan çox pulu yuyub. O, beynəlxalq axtarışdadır.