Misirin Şarm əl-Şeyx şəhərində Rusiyanın baş konsulluğu açılacaq.
1xeber.media xəbər verir ki, müvafiq sərəncamı Rusiyanın baş naziri Mixail Mişustin imzalayıb.
Hüquqi informasiyanın rəsmi internet portalında dərc olunan sənədin mətnindən belə çıxır ki, “Şarm əl-Şeyx şəhərində (Misir Ərəb Respublikası) Rusiya Federasiyasının Baş Konsulluğu açılsın”.
Baş konsulluğun saxlanması xərclərinin Rusiya Xarici İşlər Nazirliyindən ayrılan vəsait hesabına qarşılanacağı dəqiqləşdirilir.