Вернуться назад Распечатать

Berlində alman gənclər idarəsinin hərəkətlərinə etiraz aksiyası keçirilib

Berlində Jugendamtın (Almaniya Gənclərinin Rifah İdarəsi) hərəkətlərinə etiraz aksiyası keçirilib.

1xeber.media xəbər verir ki, Mayın 27-də hadisə yerindən kadrları “İzvestiya” nəşr edib.

Etirazın səbəbi uşaqların haqsız yerə evdən çıxarılması və xidmət işçilərinin ailələri dağıtması olub. Etirazçılar idarənin işinə yenidən baxılmasını, qərarların şəffaflığını və valideynlərin hüquqlarına hörmət edilməsini tələb edirlər.

Etiraz iştirakçısı Nataliya qızının məktəbdənkənar tərbiyədən zorla alındığını, özünün isə polis zorakılığına məruz qaldığını bildirib. O, uşağa təhlükə törətməkdə günahlandırılıb və psixi pozğunluq kimi etiketlənib.