Вернуться назад Распечатать

Çimərlik ərazilərində monitorinqlərə başlanıldı

Çimərliklərdə dəniz suyunun keyfiyyət göstəricilərinin laborator tədqiqatının aparılması məqsədilə monitorinqlər başlayıb.

Bu barədə  Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib.

“Çimərlik mövsümünün başlanması ərəfəsində ölkə üzrə çimərliklərin monitorinqinə artıq start verilib. Yoxlamalar başa çatdıqdan sonra nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”, - deyə qeyd olunub.