Вернуться назад Распечатать

Putinlə Tokayev arasında telefon danışığı baş tutdu

 Rusiya Prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayevlə telefon danışığı aparıb.


1xeber.media xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.


“Vladimir Putin ilə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı baş tutub. Danışıq zamanı ticarət-iqtisadi və enerji sahələrində qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişafına dair aktual məsələlər müzakirə edilib”, – məlumatda qeyd olunub.


Bildirilib ki, liderlər müxtəlif səviyyələrdə ikitərəfli əlaqələrin davam etdirilməsi barədə razılığa gəlibər.