Вернуться назад Распечатать

Araz Musayevə hücumun görüntüləri yayıldı - ANBAAN VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Muay Tay Federasiyasının prezidenti Araz Musayev Türkiyənin Antalya şəhərində bıçaqlanıb.

1xeber.media xəbər verir ki, Araz Musayevin bıçaqlandığı anın görüntüləri yayılıb.
Görüntülərdən də göründüyü kimi, hadisə baş verməzdən əvvəl bir nəfəri Araz Musayevi izyib. Həmin şəxs anidən əlini cibinə salıb bıçağı çıxarıb Araz Musayevə hücum edib və onu yaralayıb.  
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. 
Hazırda Musayevin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Hücum anın görüntülərini təqdim edirik: