Вернуться назад Распечатать

Mişustin kənd təsərrüfatı nazirinin müavini Titovu vəzifəsindən azad edib

Rusiyanın baş naziri Mixail Mişustin kənd təsərrüfatı nazirinin müavini Maksim Titovu vəzifəsindən azad edib.

1xeber.media xəbər verir ki, müvafiq sərəncamı baş nazir mayın 28-də imzalayıb.

"Maksim Aleksandroviç Titov öz xahişi ilə Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirinin müavini vəzifəsindən azad edilsin", - hüquqi məlumatların rəsmi internet portalında dərc edilən sənəddə deyilir.

2019-cu ildə Titov Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar-Sənaye Kompleksinin (AİK) Bazarların Tənzimlənməsi Departamentinin direktoru vəzifəsini aldı. 2023-cü ildən kənd təsərrüfatı nazirinin müavini vəzifəsini tuturdu.