1xeber.media xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan mayın 29-da Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşünü çox isti və faydalı keçib.
"Görüş, açığı, çox isti atmosferdə keçdi. Biz əsasən Ukrayna ilə bağlı danışıqlardan danışdıq. Akkuyu AES-dən, Türkiyə ilə Rusiya arasındakı əlaqələrdən, "Botaş"ın "Qazprom"la davam edən prosesindən danışdıq", - o, "Milliyet" qəzetinə deyib.
Fidan onu da qeyd edib ki, Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbul görüşü ilə bağlı Türkiyə hakimiyyətinin öz fikirləri var. O, bu qiymətləndirmələri Rusiya lideri ilə bölüşüb və ondan bununla bağlı şərhlər alıb.