Вернуться назад Распечатать

Rusiya XİN başçısının müavini Azərbaycan səfiri ilə GÖRÜŞDÜ

Mayın 30-da Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Verşinin Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevlə görüşüb.

1xeber.media xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, görüşdə Rusiya-Azərbaycan əməkdaşlığının bir sıra məsələləri, o cümlədən informasiya təhlükəsizliyi sahəsində fikir mübadiləsi aparılıb.

Hər iki tərəf 22 fevral 2022-ci ildə ən yüksək səviyyədə imzalanmış Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannamənin müddəalarına uyğun olaraq ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd ediblər.