Вернуться назад Распечатать

Qazaxıstan bu təşkilata üzv olmaq istəmir

 Qazaxıstan BRİKS-ə qoşulmağı planlaşdırmır.


1xeber.media xəbər verir ki, bu sözləri ölkə Prezidenti Qasım-Jomart Tokayev “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.


O bildirib ki, praqmatik mülahizələri rəhbər tutur və təşkilatın tərəfdaşı statusunu yetərli hesab edir. Tokayev qeyd edib ki, söhbət tamhüquqlu üzvlüyün faydalılığından gedir və BRİKS-in “nizamnaməsi, katibliyi, proqramı yoxdur:


“Gəlin görək, BRİKS beynəlxalq təşkilat kimi nə dərəcədə effektiv olacaq. Hələlik Qazaxıstan müşahidəçi statusunda qalacaq, sonra isə zaman göstərər”.