Вернуться назад Распечатать

Baş prokuror Bəhruz Məmmədovu VƏZİFƏYƏ GƏTİRDİ

 Hərbi Prokurorluqda kadr islahatları davam etdirilir.

1xeber.media Manset.az-a istinadla xəbər verir ki, Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyevin müvafiq əmri ilə Naxçıvan Hərbi Prokurorluğunun böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı Bəhruz Şükür oğlu Məmmədov tutduğu vəzifədən azad olunub.

O, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.