Daha bir tikinti şirkəti yaşayış evlərinə ziyan vurdu
"Bakı Çayçəkici" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Sabunçu rayonu, Qaraçuxur qəsəbəsi, Əkrəm Cəfərli küçəsində aparılan söküntü işləri zamanı evlərə zərərə dəydiyi bildirilir.
Xezerxeber.az-ın məlumatına görə, adıçəkilən ünvanda yaşayan sakinlər deyirlər ki, buraya 1990-cı ildə köçüblər. Evlərinin və torpaq sahələrinin çıxarışı var. Hazırda ərazidə tikinti aparan "Bakı Çayçəkici" Açıq Səhmdar Cəmiyyəti tərəfindən orada görülən işlər zamanı onların evləri və həyətləri zərər görüb.
Sakin Mehman Nəcəfov iddia edir ki, yalnız iki ev sahibi tikinti şirkəti ilə razılaşıb, digərləri isə evlərini satmaq istəmirlər.
Sakinləri dinlədikdən sonra ərazidə tikinti aparan şirkətin rəsmiləri ilə görüşdük.
Şirkət rəsmisi Ələsgər Əmirov deyib ki, vətəndaşlar razılaşmayacağı təqdirdə, onlara dəyən zərər ödəniləcək, hasar bərpa olunacaq.