Bank dələduzluğu hallarının təxminən 80%-i Ukrayna vətəndaşları tərəfindən törədilib.
1xeber.media xəbər verir ki, bunu mayın 30-da Macarıstanın baş naziri Viktor Orban deyib.
O qeyd edib ki, fırıldaqlar getdikcə mürəkkəbləşir və çox vaxt beynəlxalq cinayət şəbəkələri ilə əlaqələndirilir.
HVG portalı Orbandan sitat gətirir: “Məsələn, bu yaxınlarda Ukraynanın fırıldaq şəbəkəsi üzə çıxıb və belə fırıldaqların 80%-i ukraynalılar, Ukraynanın mütəşəkkil cinayətkarlığı və mafiyası tərəfindən törədilib”.