Вернуться назад Распечатать

Arvad ərinə şillə vurursa, bu, sadə məsələ deyil - Peskov

1xeber.media xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov mayın 31-i şənbə günü Fransa prezidenti Emmanuel Makronla həyat yoldaşı Bricit arasında Vyetnamda təyyarədə baş verən insidenti şərh edərkən qeyd edib ki, arvad səbəbsiz yerə ərini sillələmir.

"Bilirsiniz, mən hələ də əminəm ki, Makron cütlüyündə ailə məsələlərinə münasibət bildirməyimiz düzgün olmazdı. Digər tərəfdən, arvad ərinə şillə vurursa, bunu heç vaxt səbəbsiz etmir. Amma bu, bizim işimiz deyil", - Peskov Telegram kanalında yayımlanan jurnalist Pavel Zarubinə müsahibəsində deyib.

O əlavə edib ki, Makronların ailə məsələləri ictimai məkana çıxarılmamalıdır.