Вернуться назад Распечатать

Almaniyada yüngül təyyarə evin üzərinə düşüb

Almaniyanın qərbində yerləşən Korşenbroich şəhərində yüngül mühərrikli təyyarə yaşayış binasına çırpılıb.

1xeber.media xəbər verir ki, bu barədə mayın 31-də “Bild” qəzeti məlumat yayıb.

“Aşağı Reyndəki Korşenbroiç şəhəri üzərində qara tüstü buludları yüksəlir və evin bir hissəsi yanır”, - nəşr yazır.

İlkin məlumata görə, təyyarə binanın fasadına çırpılıb. Divarın bir hissəsi ciddi zədələnib. Pilotun Mönhenqladbaxa eniş etməyi planlaşdırdığı dəqiqləşdirilir. Havada o, mühərrikdə problemlər olduğunu bildirdi. Az sonra qəza baş verib.