Вернуться назад Распечатать

Putindən xalqa müraciət : "Qətiyyətli cavab verəcəyik"

"Rusiya özünə qarşı silahdan istifadə edən ölkələrin hərbi obyektlərinə qarşı silah tətbiq etmək hüququna malikdir".

1xeber.media oxu.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib.

O bildirib ki, Rusiya eskalasiyaya qətiyyətli və güzgü effekti ilə cavab verəcək.

Dövlət başçısının sözlərinə görə, ABŞ münaqişəni qızışdırmaqla səhvə yol verir və Rusiyanın sonrakı addımları qarşı tərəfin hərəkətlərindən asılı olacaq.