Ukrayna Silahlı Qüvvələrinin (AFU) işğalı nəticəsində yaxınları ilə əlaqəni kəsən Kursk sərhəd vilayətinin 1290 sakini tapılıb.
1xeber.media xəbər verir ki, bu barədə mayın 31-də vilayət qubernatoru vəzifəsini icra edən Aleksandr Xinşteyn öz Teleqram kanalında məlumat verib.
421 nəfərin də təxmini yerinin müəyyən edildiyi bildirilir. Qubernator səlahiyyətlərini icra edənin sözlərinə görə, dördü azyaşlı olmaqla 576 nəfərin taleyi naməlum olaraq qalır. Onların tapılması istiqamətində işlər davam edir.