Вернуться назад Распечатать

Kəlbəcərdə traktor minaya düşüb, yaralı var

Kəlbəcərdə mina hadisəsi baş verib.

Hadisə rayonun Susuzluq kəndi ərazisində qeydə alınıb.

Belə ki kənd ərazisində traktorun minaya düşməsi zamanı partlayış olub. Nəticədə traktorun sürücüsü Kürdəmir sakini, 1989-cu il təvəllüdlü Rəşadət Əsədov xəsarət alaraq xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır./APA