Вернуться назад Распечатать

Bugünkü imtahanın nəticələri nə vaxt açıqlanacaq?

Bugünkü qəbul imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 2 həftədən sonra elan olunması nəzərdə tutulur.

1xeber.media  məlumatına görə, Dövlət İmtahan Mərkəzindən bildirilib, bu gündən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

Qeyd edək ki, bu gün Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları, o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə qəbul imtahanı keçirib.