Вернуться назад Распечатать

ABŞ Senatı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem (Rusiyada terrorçu və ekstremist siyahısındadır) iyunun 15-dən 17-dək keçiriləcək G7 sammitinə qədər Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.

1xeber.media xəbər verir ki, bu barədə iyunun 1-də Bloomberg agentliyi məlumat yayıb.

Qrem və senator Riçard Blumentalın birgə bəyanatına görə, Rusiya neft məhsullarını alan ölkələrdən idxala 500% rüsumun tətbiqi gözlənilir.

“Biz ümid edirik ki, G7 sammitinə qədər Avropa ilə koordinasiyalı şəkildə sanksiyalar tətbiq edəcəyik”, - deyə siyasətçilər bildirib.