Balacalara şad xəbərimiz var:
Bakı bulvarında "Wonder Park" atraksion əyləncə mərkəzi fəaliyyətə başlayıb.
Burada uşaqların əyləncəsi üçün hər cür şərait yaradılıb.
Əyləncə mərkəzinin nümayəndəsi Elvin Ağayev 1xeber.media-ya açıqlama verərək bildirib ki, müştəri məmnuniyyəti işlərinin əsasını təşkil edir. Ona görə də əyləncə mərkəzinə gələn qonaqlara qarşı xüsusi həssaslıqla yanaşırlar. Bu baxımdan peşəkar şəxslər tərəfindən təşkil olunan personal müştərilərin xidmətindədir.
Ərazidə uşaqların təhlükəsiz istirahətləri üçün bütün növ xidmət göstərilir. Qiymətlər isə hər bir ailənin büdcəsinə uyğun təyin olunub.
"Wonder Park" uşaqlarınızın əyləncə xəyalını gerçəyə çevirmək üçün bənzərsiz məkandır. Paytaxt Bakıda belə bir əyləncə mərkəzinin fəaliyyətə başlaması turistlərin də diqqətini cəlb edir.
Əyləncə mərkəzində satılan biletlərin keyfiyyət baxımından dayanıqlı olduğunu deyən, Elvin Ağayev qeyd edib ki, əgər hər hansı bir səbəbdən bilet zədələnməsi baş verərsə yenisi ilə əvəz olunur.
Hər bir valideyn əyləncə mərkəzinə dəvətlidir. Uşaqlarınıza xoş anlar bəxş etmək istəyirsinizsə "Wonder Park" a gəlin. Əyləncə xəyalını gerçəyə çevirən tək məkan olan "Wonder Park" yolunuzu gözləyir.