Вернуться назад Распечатать

Olisov İsveçrənin Gürcüstandakı səfirliyində Rusiyanın maraqları şöbəsinin müdiri təyin edilib

Dmitri Olisov İsveçrənin Gürcüstandakı səfirliyində Rusiya Federasiyasının maraqları şöbəsinin yeni rəhbəri təyin edilib.

1xeber.media xəbər verir ki, bu barədə iyunun 2-də Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Dmitri Aleksandroviç Olisov İsveçrə Konfederasiyasının Gürcüstandakı səfirliyində Rusiya Federasiyasının maraqları şöbəsinin müdiri təyin edilib", - Xarici İşlər Nazirliyinin saytında deyilir.

Olisovun 2002-ci ildə Rusiya Xarici İşlər Nazirliyinin MDBMİ-ni bitirdiyi bildirilir. O, üç xarici dil bilir və 1-ci dərəcəli məsləhətçi diplomatik rütbəsinə malikdir.