Вернуться назад Распечатать

Rusiya və Ukrayna danışıqları başa çatıb

Rusiya və Ukrayna arasında İstanbulda danışıqların ikinci raundu başa çatıb.

1xeber.media RİA Novosti- yə istinadən xəbər verir.

Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi Oncü Keçəlinin agentliyə verdiyi məlumata görə, təxminən bir saat davam edən rus dilində danışıqlar “mənfi deyil”.

Bundan əlavə, məlum olub ki, Rusiya və Ukrayna arasında sülh yolu ilə nizamlanması üzrə danışıqların üçüncü raundu artıq planlaşdırılıb.

İki ölkə arasında danışıqların ilk raundu mayın 16-da İstanbulda baş tutub.