Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli 1xeber.media bildirib ki, “Hyundai” markalı avtomobildə hərəkət zamanı oyuncaq silahla ətrafda olan insanlarda təşviş və qorxu yaradan 24 yaşlı sürücü müəyyən olunaraq saxlanılıb.
"O, inzibati qaydada həbs olunub. İstər real, istərsə də oyuncaq silah vasitəsilə cəmiyyətdə təhlükə və panika yaratmaq hüquqi məsuliyyətə səbəb olur", - deyə DİN-in əməkdaşı bildirib.