1xeber.media xəbər verir ki,Bakının Xətai rayonunda yaşıllıq ərazi qəsdən yandırılıb. Bu barədə həmin ərazidə yaşayan sakinlər məlumat veriblər.
Onlar deyirlər ki, eyni ərazi artıq 6-cı dəfədir ki, yandırılır. Nəticədə 50 ağac məhv olub:
"Altıncı dəfə baş verən bu hadisənin artıq təsadüf olmadığını düşünürük. Güman edirik ki, bu yanğınların arxasında qəsdən törədilmiş əməllər dayana bilər"-deyə vətəndaşlar iddia edir.