Вернуться назад Распечатать

Tramp Koloradodakı terror aktını cəzasız qoymayacağına söz verib

ABŞ Kolorado ştatının Boulder şəhərində törədilən terror aktını cəzasız qoymayacaq və məsuliyyət daşıyanları qanun çərçivəsində cavab verəcək.

1xeber.media xəbər verir ki, bunu iyunun 2-də Amerika lideri Donald Tramp deyib.

"Amerika Birləşmiş Ştatları Kolorado ştatının Boulder şəhərində dünənki dəhşətli hücuma dözməyəcək. O (terrorçu — Red.) [ABŞ-ın keçmiş prezidenti Co Baydenin ölkəmizə bu qədər zərər vuran gülünc açıq sərhəd siyasəti sayəsində gəldi", - Tramp Truth sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, şübhəli şəxs immiqrasiya siyasətinə uyğun olaraq deportasiya edilməlidir. Trampın sözlərinə görə, terror hücumları “qanun çərçivəsində mühakimə olunacaq”.