Вернуться назад Распечатать

ABŞ Qrenlandiyanı yeni komandanlığa verir

1xeber.media xəbər verir ki, Pentaqon Qrenlandiyanı ABŞ Şimal Komandanlığının (NORTHCOM) məsuliyyət zonasına daxil etməyi planlaşdırır.

"Coğrafi baxımdan bu məntiqlidir. Amma siyasi baxımdan bu, şübhəsiz ki, Avropada narahatlıq yaradacaq", - nəşrin mənbələrindən biri qeyd edib.

Bildirilir ki, Qrenlandiya bu həftədən etibarən Avropa Komandanlığının (EUCOM) yurisdiksiyasından çıxarıla bilər.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Qrenlandiyanı ələ keçirmək üçün Amerika hərbçilərini göndərə biləcəyini bildirmişdi. Siyasətçi bu qərarı müəyyən şərtlər daxilində verə biləcəyini vurğulayıb.