Вернуться назад Распечатать

Ətin bahalaşmasına səbəb nədir?

“Ətin bahalaşmasının əsas səbəbi heyvan sayının az olması ilə bağlıdır.

 Xırdabuynuzlu heyvanların sayına baxsaq, yəni 2015-2016-cı illərlə müqayisə etsək, həmin dövrdə saxlanılan keçi qoyunun sayı 8,7-8,8 milyon baş idi. 

Ancaq indi heyvan sayı olduqca azdır.

Təqribən 9 min baş heyvan azalıb, bu da 10 faizdən çox azalma deməkdir”.

Bu sözləri Hit.az-a iqtisadçı Xalid Kərimli deyib. 

O bildirib ki, heyvanlarının sayının azalmasının səbəbi otlaq sahələrinin azalması ilə bağlıdır:

 “Otlaq sahələrinin azalmasının səbəbi əkinçilik, bağçılığın salınmasıdır. Bakıətrafı sahələrdə də çox yer çöllük idisə, indi evlər tikilib. Yəni otlaq yerlərinin sayı bu səbəblərdən azalıb”.