Вернуться назад Распечатать

Li Jae-myung-un qələbəsi Rusiya ilə münasibətlərin istiləşməsinə səbəb olacaq

Cənubi Koreyada keçirilən növbədənkənar prezident seçkilərində sol mərkəzçi Demokrat Partiyasının namizədi Li Çje Myonqun qələbəsi Rusiya ilə münasibətlərin istiləşməsinə səbəb olacaq.

1xeber.media xəbər verir ki,  bunu Lenta.ru-ya müsahibəsində şərqşünas, Seuldakı Kunmin Universitetinin professoru Andrey Lankov deyib.
Cənubi Koreyada prezident seçkiləri iyunun 3-də keçirilib. Rəsmi nəticələr ertəsi gün açıqlansa da, exit-polllar müxalifətin namizədi Li Jae-Myunqun mütləq qələbəsini göstərir.