Вернуться назад Распечатать

Sabirabadda evdə yanğın: Bir ailənin 4 üzvü öldü

Fövqəladə Hallar Nazirliyinin (FHN) qaynar telefon xəttinə Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.

1xeber.media xəbər verir ki, məlumatla əlaqədar FHN-in müvafiq xilasetmə qüvvələri yanğın yerinə cəlb olunublar.

İlkin məlumata əsasən, yanğın ikimərtəbəli fərdi yaşayış evində baş verib.

Yanğının kəşfiyyatı zamanı 4 nəfərin meyiti aşkar olunub.

Yanğın söndürülüb, ətrafda olan tikililər yanğından mühafizə olunub.

***

Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın zamanı ölənlərin şəxsiyyəti məlum olub.

Bunlar bir ailənin 4 üzvü, Muğan Gəncəli kənd sakinləri - 1989-cu il təvəllüdlü Tural Ağasəf oğlu İmanov, 2002-ci il təvəllüdlü Safalı Qorxmaz qızı İmanova, 2020-ci il təvəllüdlü Osman bəy Tural oğlu İmansoy və 2024-cü il təvəllüdlü Esma Tural qızı İmansoydur.

Faktla bağlı araşdırma aparılır.