Вернуться назад Распечатать

Əməkdar jurnalist vəfat etdi

Əməkdar jurnalist İlyas Adıgözəlli vəfat edib.

1xeber.media xəbər verir ki, İ.Adıgözəlli 87 yaşında dünyasını dəyişib.

İ.Adıgözəlli 1963-2007-ci illərdə Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində işləyib. Bu illərdə "Araz" radiostansiyasında şöbə müdiri (1964), baş redaktorun müavini (1969), baş redaktor (1990), "Araz" proqramının baş direktoru (1993-1997-ci illərdə), radioda şərhçi (1997-2007-ci illərdə) vəzifələrində çalışıb.

1992-ci ildə Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adına layiq görülüb.

2007-ci ildən təqaüdə çıxsa da, Azərbaycan Televiziya və Radio Verilişləri-Qapalı Səhmdar Cəmiyyətində müqavilə üzrə proqramlar hazırlayıb.

Bakı Avrasiya Universitetində və Bakı Slavyan Universitetində Jurnalistika fakültəsi tələbələrinə dərs deyib.

İ.Adıgözəlli əməkdar jurnalist Fikrət Adıgözəllinin atasıdır.