Вернуться назад Распечатать

Samvel Şahramanyan yenidən dindirildi

Ləğv edilmiş qondarma qurumun “sonuncu başçısı” Samvel Şahramanyan Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsində yenidən dindirilib. 

1xeber.media erməni mətbuatına istinadən xəbər verir ki, bu  barədə onun vəkili Roman Yeritsyan məlumat yayıb. 

"Samvel Şahramanyan hazırda İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsində dindirilir", - o,  ifadə edib. 

Qeyd edək ki,  istintaq Samvel Babayanın Ermənistanın İctimai Televiziyada verdiyi açıqlamalar əsasında başladılıb.