Вернуться назад Распечатать

Pakistanın baş naziri Putindən Hindistanla münaqişənin həllinə kömək etməyi xahiş edib

Pakistanın baş naziri Şahbaz Şərifin öz köməkçisi vasitəsilə Rusiya prezidenti Vladimir Putinə göndərdiyi məktubda İslam Respublikası ilə Hindistan arasında münaqişənin həllinə köməklik göstərilməsi xahişi yer alıb.

1xeber.media xəbər verir ki, bu barədə iyunun 4-də İslam Respublikasının baş nazirinin köməkçisi Seyid Tarik Fateminin Valday Beynəlxalq Diskussiya Klubunda məlumat verib.

"Mən Rusiya xarici işlər naziri Sergey Lavrova baş nazirimin məktubunu və Zati-aliləri cənab Putinə müraciəti verdim. Biz bütün bu ölkələrdən Hindistan və Pakistanın danışıqlar masası arxasına əyləşərək sülh razılaşması əldə etməsi üçün öz təsirlərindən istifadə etmələrini xahiş etdik", - TASS onun sözlərini sitat gətirir.

Fatemi əlavə edib ki, Pakistan Rusiya Federasiyasından Hindistanla münasibətlərdə gərginliyin dərəcəsini azalda biləcək istənilən təşəbbüsü gözləyir. O, həmçinin qeyd edib ki, İslamabad Yeni Dehli ilə münaqişənin həlli üçün konstruktiv danışıqlara hazırdır.