Вернуться назад Распечатать

AK bir ölkənin avroya keçməyə hazır olduğunu təsdiqləyib

Avropa Komissiyası Bolqarıstanın gələn il yanvarın 1-dən avroya keçməyə hazır olduğunu təsdiqləyib.

1xeber.media xəbər verir ki, bu barədə RİA Novosti AK-nin rəyinə istinadən məlumat yayıb.

Yuxarıda qeyd olunanlar o deməkdir ki, Bolqarıstan avrozonaya daxil olan 21-ci dövlət olacaq. Onun avro zonasına daxil olmasına etiraz edəcək ölkələrlə bağlı məlumat yoxdur. Eyni zamanda, 2025-ci il iyulun 8-də Aİ Maliyyə Nazirliyi səviyyəsində rəsmi qərar veriləcək.

Agentlik xəbər verir ki, AK-nin bəyanatından sonra bolqarıstanlı deputatlar Milli Assambleyada əlbəyaxa dava ediblər. “Renessans” vətənpərvər partiyasının lideri Kostadin Kostadinov tribunaya çıxaraq bildirib ki, bu, ölkə üçün “qara gün”dür. Partiya milli valyutanın - levin saxlanmasının tərəfdarı idi.

Mayın sonunda Bolqarıstanda avroya keçidlə bağlı kütləvi etiraz aksiyaları keçirilib. Onlarda “Renessans”la yanaşı, “Veliçie”, MECH, VMRO partiyaları və digər vətəndaş birlikləri iştirak edirdi. Etirazçıları təkcə Bolqarıstan valyutasının vahid Avropa valyutası ilə əvəz etməsi deyil, həm də bu məsələ ilə bağlı referendumun keçirilməməsi qəzəbləndirib.