Вернуться назад Распечатать

Bundestaq deputatı “Fələstin” köynəyinə görə iclası tərk edib

CDU Bundestaqının spikeri Julia Klöckner, Sol Partiyadan millət vəkili Kansin Köktürkün üzərində "Fələstin" yazısı olan köynək səbəbiylə parlamentin iclasını yarımçıq dayandırıb.

1xeber.media xəbər verir ki, bu barədə iyunun 4-də Almaniyanın “Tagesspiegel” qəzeti məlumat yayıb.

"Bir qeyd etmək istərdim. Razılaşdıq və bunlar aydın Bundestaq qaydalarıdır, ona görə deputatların üzərində heç bir stiker və ya köynəklərdə hər hansı digər yazı olmamalıdır. Mən parlament üzvü Frau Köktürkdən paltarını dəyişməsini xahiş etdim", - Klöckner deyib.

Köktürk bundan imtina edərək oturduğu yerdən ayağa qalxaraq iclası tərk edib. Sol Partiyanın digər deputatları da onun ardınca gediblər.