ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə 1 saat 15 dəqiqə davam edən telefon danışığı olduğunu bildirib.
1xeber.media xəbər verir ki, söhbət iyunun 4-də baş tutub.
Amerika prezidenti dəqiqləşdirib ki, danışıqlar zamanı Putinlə İranın nüvə proqramı ilə bağlı vəziyyəti müzakirə ediblər.
Tramp “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb: “Putin İranla danışıqlarda iştirak etməyi təklif edib və təklif edib ki, bu məsələnin tezliklə həllinə kömək edə bilər”.