Rusiya prezidenti Vladimir Putin Papa XIV Leo ilə söhbətində Ukraynada siyasi və diplomatik vasitələrlə sülhün əldə olunmasında maraqlı olduğunu təsdiqləyib.
1xeber.media xəbər verir ki, bu barədə Kremlin rəsmi Telegram kanalından məlumat verilib.
Rusiya prezidenti həmçinin pontifiki böhranın həllinə kömək etməyə hazır olduğuna görə minnətdarlığını bildirib.