Вернуться назад Распечатать

Putin İranla bağlı bunu təklif etdi, yardım edə bilər - Tramp

 Mən Prezident Putinə bildirdim ki, İran nüvə silahına malik ola bilməz. Düşünürəm ki, biz bu məsələdə eyni fikrə gəldik.


1xeber.media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı barədə məlumat verərkən deyib.


“Prezident Putin təklif edib ki, İranla müzakirələrdə iştirak etsin və ola bilsin, o, bu məsələnin tez bir zamanda yekunlaşmasına kömək edə bilər. Fikrimcə, İran bu çox vacib məsələ ilə bağlı qərarını yavaş-yavaş verir və bizə çox qısa zaman ərzində qəti cavab lazımdır”, - Tramp qeyd edib.