Ukrayna prezidenti Vladimir Zelenski Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) dünyanın ən hündür göydələni olan Burj Xəlifədə dəbdəbəli mənzil alıb.
1xeber.media xəbər verir ki, bu barədə yerli “Alchourouk” xəbər portalı məlumat yayıb.
Bildirilir ki, Zelenski bu alışı anası Rimmaya ad günü hədiyyəsi kimi edib. Portalın məlumatına görə, mənzilin sahəsi təxminən 2000 kvadrat futdur (təxminən 185,8 kvadratmetr).
İki yataq otağı var. Binanın 11-ci mərtəbəsində yerləşir. Alqı-satqı 2024-cü il sentyabrın 16-da, Ukrayna liderinin anasının doğum gününə təsadüf edir.
Alış qiyməti 3,2 milyon dollar qiymətləndirilir. Zelenskinin ofisinin bir sıra nümayəndələrinin də BƏƏ-də daşınmaz əmlak aldıqları vurğulanır.
Bundan əvvəl Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla dördtərəfli görüş keçirməyə razılaşdığını bildirib. Sonuncu görüşün bu formatını təklif edib.